Çərşənbə axşamı, 30 Aprel

"ABŞ və Ukrayna Rusiyaya qarşı dostluq edir" - Peskov

image

"ABŞ və Ukrayna yalnız Rusiyaya qarşı dostluq edirlər və bu, təəssüf doğurur" .

Xəbər verilir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya mövzusu Amerika-Ukrayna danışıqlarının gündəmində əsas yer tutub.

“Sadə sözlə desək, orada Rusiya əleyhinə Ukrayna-Amerika dostluğundan söhbət gedirdi. Yəni onların dostluğu özləri üçün deyil, Rusiyaya qarşıdır”, - Peskov bildirib.

Kreml sözçüsü Ukraynanın NATO-ya üzv olmaq istəyinə və ABŞ-ın bunu dəstəkləməyə hazır olmasına da diqqət çəkib.

“Rusiya Şimali Atlantika Alyansının hərbi infrastrukturunun ölkə sərhədlərinə mümkün yaxınlaşmasını heç xoşlamır. Prezident Vladimir Putin bununla bağlı çox açıq, başadüşülən və ardıcıl mövqeyimizi dəfələrlə bəyan edib. Bu, heç də bəyənmədiyimiz bir haldır", - Kreml sözçüsü əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42